Milli Məclisin deputatı Sahib Əliyev həmkarı Qənirə Paşayevanın “Türkiyədəki çeviriliş cəhdində hədəf Ərdoğan deyil, türk dövləti idi” fikrinə dəstək çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə deputat feysbuk səhifəsində paylaşım edib:
“Qənirə xanım Paşayevanın bir statusunu oxudum, tamamilə doğru yazır. Türkiyədəki çeviriliş cəhdində hədəf Ərdoğan deyil, türk dövləti idi. Cənab Əroğan ona görə aradan götürülməli idi ki, bundan sonra qardaş ölkəylə bağlı ən məkrli ssenariləri reallaşdırmağın, yəni onu İraq və yaxud da Suriyaya çevirməyin yolu açılacaqdı. Şükürlər olsun ki, türk xalqı mərdlik və yetkinlik ortyaya qoydu. Küçələrə tökülərək öz dövlətlərini qorudu. Qorudu və bəlli çevrələrə göstərdi ki, neçə imperiyalar yaratmış bir xalqla digərləri kimi davranmaq mümkünsüzdür!”
Qeyd edək ki, Qənirə Paşayeva sözü gedən paylaşımında bunları yazmışdı:
“Təəsüf ki, bəzi Türk kökənli insanlar hələ də anlamırlar ki, Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin, Türkiyə prezidentini öldürmək, yox etmək istəyənlərin əsl məqsədi Türkiyəni zəiflətmək, parçalamaq, bölgə üzərində istədikləri oyunları oynaya bilməkdən ibarətdir. Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğanın hədəf seçilməsinin əsl məqsədi budur. Bu çirkli oyunların arxasında Qərbdə bir çox qüvvələrin dayandığını görməmək isə artıq korluqdur”.