Dünən gecə qardaş Türkiyə dövlətində hərbi çevrilişin baş verməsinə hadisə Azərbaycan cəmiyyətində də çox ciddi narahatlıqla qarşılandığı müşahidə olundu. Siyasi partiya nümayəndələri baş vermiş hadisəyə çox kəskin mövqe nümayiş etdirir.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Moderator.az saytına acıqlmasında bildirdib ki, qardaş Türkiyə də baş verən prosesləri təbii olaraq Azərbaycan cəmiyyəti narahatlıqla qarşıladı:
"Türkiyə də baş verənlər birbaşa hərbi çevriliş idi. Türk xalqının qanuni hakmiyyətini hərbi yolla devirmək yolverilməz idi və bunun qarşısını çox müdrükcəsinə aldılar. Yəni, prezident Ərdoğan mərhum Heydər Əliyevin yolu ilə getdi. Xalqı meydanlara çağırdı və xalqın böyük dəstəyi ilə baş vermiş hadisəni aradan qaldırmış oldu. Bilirsiniz ki, 1990-ci illərdə Azərbaycanda da hərbi yolla dövlət çevrilişi etməyə cəhd olundu. Heydər Əliyev gecə saatlarında insanları Azərbaycanın müstəqliyini qorumağa çağırdı. Və bir neçə saata yüz minlərlə insan küçələrə axışdı və bunun nəticəsində Heydər Əliyev Azərbaycanı müstəqilliyini qorudu. Azərbaycanın bir neçə hissəyə parçalanmasının qarşısını aldı. Ərdoğan da eyni yolla Türkiyə dövlətini qorudu. Hakimiyyəti əl keçirmək istəyən bir qrup hərbiçini xalqın dəstəyi ilə zərərsizləşdirdi. Təəssüf ki,bu dəqiqəyə olan məlumata görə, 90 nəfər insan dünyasını dəyişib və 1500 arıq insan yaralanıb. Düşünürəm ki, bütün bunları törədənlər öz layiqli cəzasını almalıdırlar. Bir məqama da diqqət etmək lazımdır. Türkiyə ilə Rusiyanın barşımasından sonra bu hadisənin baş verməsini də təsadüfü heab etmirəm. Görünür bəzi dairələr Türkiyə-Rusiya yaxınlaşmasını hələ də həzm edə bilmirlər. Sonda onu da deyim ki, Azərbaycan cəmiyyəti qardaş Türkiyənin acısını öz acısı kimi qarşıladığını şahidi olduq.”