Qorbaçovdan Kravçuka cavab: YELTSİN dağıtdı
Sovet İttifaqının dağılmasının əsas məsuliyyəti Boris Yeltsinin komandasının üzərinə düşür.
Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin son prezidenti Mixail Qorbaçov Ukraynanın ilk prezidenti Leonid Kravçukun fikirlərinə münasibət bildirərkən deyib.
Qorbaçov Ukraynanın SSRİ-nin dağılmasında əsas rolu oynamadığını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Qorbaçov "İnterfaks" agentliyinə müsahibəsində Qərbin demokratik və güclü SSRİ görmək istəmədiyini və buna görə də Boris Yeltsinə yatırım etdiyini bildirmiş və SSRİ-nin dağılmasında Yeltsini suçlamışdı. Ukraynanın birinci prezidenti Leonid Kravçuk isə SSRİ-nin dağılmasında ölkəsinin rol oynadığını və xalqının bununla fəxr etməli olduğunu bildirmişdi.