“Həmin qüvvələr gənclərdən istifadə edirdi” - Prezident köməkçisi

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzerTaym.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol Heydər Əliyevə məxsusdur.
PA rəsmisi deyib ki, H. Əliyev yenidən hakimiyyətə qayıdandan sonra taleyüklü məsələlər sırasına gənclər siyasətini də daxil etdi: "1992-ci ildə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi. Prezident İlham Əliyev bu siyasətin önəmini daha da artırdı".

 






Fikirlər