Ölkəmizin Braziliyadakı yeni SƏFİRİ ...

Ölkəmizin Braziliyaya yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici əlaqələr nazirliyinin Baş katibi, səfir Markos Qalvaoya təqdim edib.

Səfirlikdən Modern.az saytına verilən məlumata görə, səfir M.Qalvao səfir E.Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu edib. O, iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində səfir E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Sonra tərəflər arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 






Fikirlər