Baxçalıdan Kılıçdaroğluna İTTİHAM: “Baltanı DAŞA VURDUNUZ”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı referendumdan sonra açıqlama verib. Modern.az saytının Türkiyə KİV-nə istinadən xəbərinə görə, Baxçalı prezident üsul-idarəsinə keçidlə bağlı müzakirələrin artıq bitdiyini deyib. MHP başqanı partiya üzvlərinin referendumda “yox” deməsi ilə ilə bağlı iddiasına da münasibət bildirib. O qeyd edib ki, Türkiyənin Ali Seçki Şurası bu iddia ilə bağlı bir iş görməlidir. “Əgər imkan varsa, “hə” ya da “yox” deyən vətəndaşlarımızın siyahısı açıqlanmalıdır”-deyə qeyd edib. Baxçalı bildirib ki, bir zamanlar bığ altından gülənlər şeytanla eyni çərçivəyə girəcək qədər hirslidirlər. O, ana müxalifət Cümhuriyyət Xalq Partiyasını da (CHP) ittiham edib: