“MHP artıq müxalifət deyil” – Atilla KAYA

77632157_devlet_erdogan

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirildi.

Məlum olduğu kimi, Milliyyətçi Hərəkat Partiyası (MHP) referendum məsələsində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyirdi.

Belə şəraitdə MHP-ni müxalifət adlandırmaq olarmı?

MHP başqanının keçmiş müavini, partiyanın İstanbul millət vəkili Atilla Kaya Modern.az-a açıqlamasında MHP–ni müxalifət kimi qiymətləndirmədiyini bildirib: “AKP və MHP birlikdə hərəkət edirdilər. Buna görə də deyə bilərik ki, MHP fərqli zəmində ya da fərqli istiqamətlərdə müxalifət adlandırıla bilməz. Partiya AKP ilə birlikdə rejim dəyişikliyini gündəmə gətirdi və onu dəstəklədi. Sabah partiyamız AKP-ni tənqid etsə belə, müxalifət olması müzakirə obyekti olmamalıdır”.

Qeyd edək ki, referendumun nəticəsinə görə, siyasi sistem dəyişikliyinə “hə” deyənlər 51.41 faiz, “yox” deyənlər isə 48.59 faizdir.

Xatırladaq ki, Konstitusiya dəyişikliyinə görə, Türkiyədə prezidentin səlahiyyətləri artırılır.

 






Fikirlər