08.09.2014- Aİ müxalifətə 3 milyon avro ayırdı

08.09.2014- Aİ müxalifətə 3 milyon avro ayırdıAvropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle bu gün axşam saatlarında Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin bir qrupu ilə görüş keçirib.

Virtualaz.org saytı xəbər verir ki, məlumata görə, avropalı komissar “Azərbaycandakı indiki vəziyyətdən və insan hüquqlarının məhdudlaşdırılmasına dair faktlardan narahatlığını ifadə edib”.

“Avropa İttifaqı sizin mövcud məhdudiyyət və qadağalara baxmayaraq göstərdiyiniz cəhdlərə valeh olub. Biz vətəndaş cəmiyyəti ilə, hüquq müdafiəçiləri ilə bağlı baş verənləri diqqətlə izləyirik. Biz QHT-lərlə bağlı qanun dəyişdirilərkən, habelə vətəndaş cəmiyyətinin bu qədər çox sayda fəalı həbs edilərkən bundan narahatlığımızı dəfələrlə bildirmişik” - deyə “Turan” Ş.Fülenin yerli QHT rəhbərlərinə xitabən dediklərindən iqtibas gətirir.

Avropalı komissar sabit demokratik cəmiyyətin əsasında dayanan ictimai debatların təşkilinin vacibliyini vurğulayıb: “Buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrini dəstəkləmişik və dəstəkləyəcəyik.

Ş.Füle əlavə edib ki, Aİ Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyəti fəallarına dəstək verməkdə davam etmək üçün 3 milyon avro vəsait ayırmağa qərar verib.

Görüş qapalı keçirilib. QHT nümayəndələri avropalı komissara öz problemləri, “indiki ağır vəziyyət” barədə məlumat veriblər.






Fikirlər