Prezidentin ehtiyata buraxdığı general bayrağı öpüb getdi (FOTO)
İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib. Mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə görə Ali Baş Komandana minnətdarlıq edib. AzerTaym.az