Putin Finlandiyaya səfəri zamanı «nüvə çemodanı»nı da GÖTÜRÜBMÜŞ
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Felerasiyasının Prezidenti Vladimir Putin Finlandiyaya səfəri zamanı «nüvə çemodanı»nı da özü ilə götürübmüş. Finlandiya Prezidenti Niiniste ilə Rusiya Prezidenti Vladimir Putinin Punkaxaryuda keçirilən görüşündə iştirak etmiş «Ilta-Sanomat» Fin nəşrinin jurnalisti Rusiya Prezidentinin yavərinin əlində «nüvə çemodanı» deyilən əşyanı görüb.
Jurnalistin fikri çemodanın zahiri görünüşcə hərbi-dənizçi formasında olan zabitin əlindəki qara diplomata oxşamasına əsaslanır.
«Qaydaya görə, «Çeget» qurğusunun operatoru ikinci dərəcəli kapitan rütbəsindən aşağı çinli olmur. Ənənəvi olaraq, o, hərbi-ləniz donanması rütbəsində olur, amma gerçəkdə rabitə hərbi hissəsini təmsil edir. Zabitin «naşivka»sı rabitə hərbi hissəsininki olub. Bütün bunlar ona işarədir ki, o, «Çeget»in operatorudur və diplomatın içindəki də terminaldır» – deyə, silah sistemləri üzrə mütəxəssis Arto Plukki bildirib.
«Çeget» qurğusu özündə Rusiyanın nüvə arsenalını hərəkətə gətirmək üçün kodu gəzdirir. Onun bir «nüsxə»si Prezidentə (Ali Baş Komandanda), ikincisi müdafiə nazirində, üçüncüsü isə Baş qərargahın rəisində saxlanır. Ancaq onlardan heç biri nüvə gücünü təkbaşına aktivləşdirə bilməz. Bunun üçün minimum iki şəxsdən kodlaşdırılmış siqnal göndərilməlidir.