Prezident “Embraer 190” təyyarəsi ilə TANIŞ OLUB

32e1df12-00a1-4222-af31-baaa20f48c68

Prezident İlham Əliyev avqustun 25-d’ “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.

APA-nın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190” təyyarəsi barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir.

“Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq. Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarədə isti yeməklər, yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif ediləcək.

Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer-190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.

 






Fikirlər