Abdullatipovun istefa XƏBƏRİ YAYILDI
Dağıstan lideri Ramazan Abdullatipovun istefası xəbəri həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Abdullatipovun mətbuat katibi Aznaur Adjiyev söyləyib. Onun sözlərinə görə, artıq bu tipli şayiələr 4 ildir ki, yayılır: “Bu şayiələri şərh etməyə ehtiyac yoxdur. Bu xəbərlər 2013-cü ildən bu yana yayılır”. Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Dağıstan lideri və bir sıra region rəhbərlərinin istefaya getdiyi haqqında informasiya yaymışdı.