ABŞ-dan Türkiyəyə dərhal reaksiya - Gərginlik ARTIR
Türkiyə tərəfinin sözlə deyil, işlə İraqın ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatı hədə kimi səslənir. Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert deyib. "Bu, hədə kimi səslənir. Ancaq biz bunu şərh etməyəcəyik", - Hizer Nauert brifinqdə jurnalistlərə bildirib Qeyd edək ki, Kürd muxtariyyətində keçirilən referendumdan sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu "rəsmi Bağdad ərazi bütövlüyünü qorumaq üçün müraciət edərsə, Ankara onu dəstəkləməyə hazırdır" deyə bəyan edib.