Dağıstanın başçısı istefa verib: “71 yaşım var, məncə, ARTIQ BƏSDİR”
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov istefa verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, artıq istefa ərizəsini yazdığını deyib. Abulatipov istefa vermə səbəbi olaraq yaşını göstərib. “Mənim 71 yaşım var. Məncə, artıq bəsdir. Respublikanı böhrandan çıxara bilmişəm”. Son həftə ərzində Rusiyada 4 federal subyektin rəhbəri istefa verib.