XALQ Cümhuriyyətinin 100 illik yubileyinə 5 MİLYON manat AYRILIB
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. APA-nın xəbərinə görə, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.