“HAQQ-ƏDALƏT yerini – TAPACAQ!" - OQTAY ƏSƏDOV

“Erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çxış edən parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb.

Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqazda əhalinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyətini güdüblər.

Müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb.

1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 günü ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirlib.

Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırımı aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub”.

Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir. “Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır.

Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.






Fikirlər