Sorosun Azərbaycanla bağlı ŞOK HƏDƏFİ - SENSASİYALI MƏXFİ PLAN

Sorosun Azərbaycanla bağlı ŞOK HƏDƏFİ - SENSASİYALI MƏXFİ PLAN

Cənubi Qafqazda Ermənistandakı inqilabla başlanan siyasi proseslər qaynayır. İrəvanda Nikol Paşinyan əhalini küçələrə çıxararaq, Serj Sarkisyanı devirdi. Həmin vaxt Gürcüstanda bir gəncin qətli insanların hakimiyyətə etirazına səbəb oldu. Daha sonra bu ölkənin baş naziri istefaya getdi.

Publika.az xəbər verir ki, beynəlxalq media orqanı olan “Oriental Review” nəşrində Andrey Korubko imzası ilə yayımlanan məqalədə Ermənistan və Gürcüstanda baş verənlərin Corc Soros tərəfindən həyata keçirilən “rəngli inqilab” olduğu deyilir.
“Gürcüstanda baş verənlər Ermənistanda “məxməri inqilab”, yəni “rəngli inqilab”dan sonra yaşandı. Gürcüstan hökumətin son dövrlər Rusiya ilə daha sıx əməkdaşlığa başlamışdı. Bu baxımdan, baş verənləri geosiyasi proseslərin bir parçası hesab etmək olar”, - deyə müəllif yazır.
Andrey Korubko iddia edir ki, “inqilabların banisi” hesab edilən Corc Sorosun Cənubi Qafqaza sonuncu hədəfi Azərbaycandır: “Azərbaycan neftlə zəngindir, Avropa və ABŞ-la yaxşı münasibətlərə malikdir. Eyni zamanda, Rusiya ilə də bölgədə ciddi əməkdaşlıq edir. Qərb bundan qorxur. Bununla yanaşı, Azərbaycan Rusiyanı İran üzərindən Hindistana bağlayan Şimal-Cənub nəqliyyat dəhlizində çox önəmli tranzit ölkəsidir. Böyük ehtimalla Sorosçular Azərbaycanda da özlərinə bağlı qrupu hakimiyyətə gətirməyə cəhd edə bilərlər”.
Qeyd edək ki, Corc Sorosun rəhbərlik etdiyi qruplar indiyə qədər Azərbaycanda öz planlarını həyata keçirməyə cəhd ediblər, lakin dövlətimiz hər zaman onlara öz gücünü göstərib.






Fikirlər