"Prezident seçkiləri ərəfəsində Qərb Azərbaycanda da qarışıqlıq salmaq istəyirdi" — Millət vəkili

"Prezident seçkiləri ərəfəsində Qərb Azərbaycanda da qarışıqlıq salmaq istəyirdi" — Millət vəkiliCorc Soros Rusiyanı Avropa İttifaqını dağıtmaq istəməkdə ittiham edib

Soros bildirib ki, 2017-ci il Rusiyanın xarici borclarını ödəməyi üçün son müddətdir. Ona görə də Putin Avropa İttifaqının dağılması üçün əlindən gələni edir. Corc Sorosun fikrincə gələn ildən Rusiyanın əsil çöküşü başlayacaq.

Bununla bağlı politoloq, millət vəkili Elman Nəsirov Ölkə.Az-a danışıb:

"Corc Sorosa Rusiyada münasibət hər zaman mənfi olub. Rusiya hökuməti 2011-ci ildə ölkə daxilində iğtişaşların yaranmasında və gənclərin xüsusilə hakimiyyət əleyhinə fəal etirazlarının başlamasında ilk növbədə Corc Sorosu və onun fondunu ittiham edirdi. Rusiya bildirirdi ki, öz daxilində gərginliyin yaradılması istiqamətində lazımi addımlar atılıb. Qarşılıqlı şəkildə Rusiya elitası isə Corc Sorosla düşmənçilik münasibətindədir, bu bir həqiqətdir.

Sorosun son bəyanatı da, yəni, Rusiyanın çökməsinin labüdlüyü ilə bağlı, Rusiyanın xarici borclarının ödəmə potensialının olduqca aşağı olması ilə bağlı, Rusiyanın bu vəziyyətdə Avropa İttifaqında gərginlik yaratmaq və Avropa İttifaqının dağılmasına yönəlmiş addımlar atmaq kimi səsləndirdiyi fikirlər məlum məntiqdən qaynaqlanır. Belə olan vəziyyətdə tərəflər bir-birinə münasibətdə kompromis bir mövqe nümayiş etdirirlərsə, onların münasibəti ilə bağlı fikir söyləmək özü də çətindir. Rusiya birmənalı şəkildə hesab edir ki, Soros Qərbdə müəyyən qüvvələrin əlində alətdir. Onun pulları vasitəsi ilə Rusiyanın daxilində gərginlik yaratmaq istəyirlər. Avropa İttifaqı Rusiya tərəfindən ittifaqın dağıdılmasını yox, Rusiyanın özünü Sorosun pulları vasitəsi ilə dağıtmaq istəyirlər. Bu fikir Rusiyada geniş yayılıb. Soros isə Rusiyanı ittiham edir ki, Rusiya Avropa İttifaqını dağıtmaq istəyir. Belə olan vəziyyətdə tərəflərin bir-birinə məlum antoqonik münasibəti fonunda iki tərəfin hansının düzgün, hansının səhv mövqedə olmasını əsaslandırmaq çox çətindir. Bir həqiqət var ki, Rusiyada digər dövlətlərin daxili işlərinə müxtəlif yollarla qarışmaq tendensiyası var və bugünki dünya siyasətində bu metod genişlənib. Müxtəlif maliyyə mənbələrindən, o cümlədən Soros fondundan Qərbin müəyyən dairələri bu məqsədlər üçün istifadə edirlər. 2013-cü ildə ölkəmizdə prezident seçkiləri ərəfəsində Qərbin müəyyən dairələri müxtəlif maliyyə mənbələrindən istifadə etməklə Azərbaycanda da qarışıqlıq salmaq istəyirdilər.

Rəngli inqilablar baş verdi, həmin rəngli inqilabların baş verməsi üçün isə ilk növbədə maliyyə vəsaiti lazımdır. Maliyyəsiz "rəngli inqilab"lar baş verə bilməz. ABŞ-da Eynşteyn universitetinin rəhbəri Cin Şarpdır. Cin Şarp müasir "rəngli inqilab"ların ideoloqu hesab olunur. Ölkələrdə qarışıqlıq salmaq, xaos yaratmaq kimi ideyaların təməlini Cin Şarp qoyub. Həmin ideyaların maddiləşməsi məsələsi, reallaşıb baş tutması məsələsində isə bir çox fondlar, eyni zamanda Soros fondunun da adı hər zaman mətbuatda səslənib".






Fikirlər