Soros Rusiyanı "mafiya dövləti" adlandırdı

Soros Rusiyanı "mafiya dövləti" adlandırdıBrüsseldə, Beynəlxalq Böhran Qrupunun təşəbbüsü ilə Qlobal Dialoqda Ukrayna böhranı ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən tanınmış amerikalı milyarder Corc Soros sərt açıqlamaları ilə yadda qalıb.

ANS-in məlumatına görə, o, yeni Ukraynanın meydana çıxdığını, Avropaya inanan və dəyərlər uğrunda ölməyə hazır olan insanların formalaşdığını söyləyib: "Bu isə Rusiya ilə üz-üzə qalmış Avropa üçün böyük çağırışdır. Rusiya mafia dövlətidir. Bu dövlət öz içində repressiya, öz xaricində isə aqressiya ilə məqsədlərinə nail olmağa çalışır. Avropa İttifaqına isə Rusiyaya qarşı effektiv olmağa resurs çatışmamazlığı mane olur."

Onun sözlərinə görə, iqtisadi böhrana cavab olaraq həyata keçirilən maliyyə qənaətləri bu cür məsələlərə mane olmamalıdır. Rusiyaya qarşı sanksiyalar lazımlı olsa da, buna əlavə olaraq Ukraynaya maliyyə yardımları da edilməlidir. Ukraynaya gəlincə, bu ölkə iqtisadiyyatını müasirləşdirməli, enerji istehlakını optimallaşdırmalıdır.






Fikirlər