27.06.2014.- Üçüncü dünya müharibəsi: hədəfdə Rusiyadır - TƏHLİL
Rusiya KİV-lərinin yaydığı hesabatın bir hissəsi artıq iqtisadi analitiklər tərəfindən ən çox müzakirə olunan məsələyə çevrilib.
Siluanovun hesabatında Rusiya Federasiyasının Pensiya fonduna aid hissəsi rusları o qədər təşvişə salıb ki, hətta bəzi ekspertlər Rusiyanın bu ildən 90-cı illər SSRİ-si dövrünə qayıtmağa başladığını belə söyləməkdən çəkinmədilər.
Siluanov açıqlamasında bildirmişdi ki, hökumət 2014-cü ildə pensiyaların verilməsini həyata keçirə bilməyəcək. Çünki Krıma xərclənən vəsait büdcədə ciddi kəsir yaradıb və hökumət bu boşuğu necə dolduracağını düşünür. Bundan əlavə artan hərbi xərclər də büdcəni kəsirə salan ən əsas səbəblərdəndir.
Siluanov Krıma ayrılan vəsaitin məbləğini açıqlamasa da burda milyardlardan söhbət getdiyi aydındır. Krım əhalisinin illərdir Ukrayna büdcəsinə vergi vermələrinə baxmayaraq, artıq maaşlarını, təqaüdlərini və müavinətlərini Rusiya büdcəsindən almağa başlamaları, bundan başqa Kremlin Krım əhalisinə, onları öz tərəfinə çəkmək məq sədi ilə elədiyi jestlər və ayırdığı əlavə vəsaitlər Moskvanı müflisləşdirdi. Neftin qiymətinin artması, fasiləsiz neft və qaz ixracından gələn pullar pullar belə büdcədəki boşluğu doldura bilmədi. Analitiklər hərbi xərclərin getdikcə artdığını da nəzərə alaraq bu ilin sonuna qədər Rusiya büdcəsinin dolmasının mümkünsüz olduğunu deyirlər.
Digər tərəfdən Qərbin sanksiyalarının sərtləşməsi Rusiyanın xarici ticarət dövriyyəsini ciddi surətdə azaldaraq büdcəyə az da olsa daxil olacaq əlavə vəsaitlərin qarşısını alır. Ukrayna münaqişəsinin dərinləşməsi isə Rusiyanı hərbi xərclərini artırmağa vadar edir. Bir tərəfdən sanksiyalar, digər tərəfdən Krıma xərclənəcək pullar və orduya ayrılacaq vəsait bu ilin sonuna qədər şimal qonşumuzu çox pərişan vəziyyətə salacaq. Beynəlxalq kredit institutları-BVF və Dünya bankının sanksiyalarla birlikdə üzünə bağladığı Rusiyanın yeganə çıxış yolu ona istənilən vaxt və istənilən məbləğdə maliyyə tranşı ayırmağa hazır olduğunu "Krım böhranı" başlayarkən elan edən Rotşild qrupunun köməyinə müraciət etməkdir.
Dağılmaqda olan Rusiyanı yəhudi oliqarxiyasının caynağından zorla xilas edən Putin çox çətin dilemma qarşısında qalıb. Rotşildin qanadının altına sığınmaq Rusiyanı yenə həmin oliqarxiyanın köləsinə çevirə bilər. Çünki Rotşildin verəcəyi pulun müqabilində Rusiyadan istədiyi şey bəllidir. Cənab Rotşild elan etmişdi ki, əgər sanksiyalar Rusiyanı çətin vəziyyətə salarsa o, "Qazprom" başda olmaqla bir neçə rus şirkətini iflasdan qurtarmaq üçün onlara sərmayə yatıra bilər. Rotşildin iştahasının böyüklüyü elə verdiyi bəyanatdan aydın olur. Putin bunun nə ilə nəticələnəcəyini gözəl başa düşdüyündən hələlik qlobal savaşı təkbaşına aparmaq istəyir, hərdən Qərbə güzəştə gedir, qarşılıq görməyincə sərt qərarlar qəbul edərək Rusiyanın ayaq üstündə olduğunu göstərmək istəyir. Amma gedən proseslər göstərir ki, vəziyyətin bir il də belə davam etməsi Rusiyanı SSRİ kimi çökdürə bilər. Bunu Rusiyanı idarə edənlər də gözəl başa düşür. Ukrayna böhranın uzanması hazırda Rusiyadan başqa bütün tərəflərə sərf edir. Qərbin, ABŞ başda olmaqla digər Avropa ölkələrinin iqtisadiyyatının böyük bir hissəsini əlində cəmləşdirən oliqarxiya ilə ABŞ-dan öz sərmayəsini çəkərək Asiya nəhənglərinin iqtisadiyyatına yatırmış dünya yəhudi oliqarxiyası Rusiyanın iflasını səbrsizliklə gözləyirlər. Birincilər Rusiyanı parçalamağa, onun torpqlarını bölərək təbii ehtiyatlarına sahib olmaq, yəhudilər isə əllərindəki kapitalla Rusi yanı yenidən özlərinə borclu hala salaraq ələ keçirmək istəyirlər. Hər iki halda Rusiyanın vəziyyəti çıxılmazdır. Putin bunu gözəl başa düşür və hələlik hər iki tərəfə müqavimət göstərir.
Dünya oliqarxiyasına sinə gərmək üçün dərin rus dövlətinin ortaya atdığı yeni, SSRİ-ni əvəz edə biləcək ittifaqın yaranması isə məlum səbəblərdən baş tutmur. Yeni ideologiya üzərində işləyən Kremlin siyasi filosofları hələ də Rusiyanın siyasətini az da olsa bu ideoloji xəttə doğru yönəldə bilməyiblər. Türk-slavyan birliyi kimi qurulmalı olan Avrasiya ittifaqı 5-ci kalonun yaratdığı daxili maneələrlə heç cür həyata keçirilə bilmir. Rusiyanın informasiya məkanını bu kalonun təsirindən təmizləmək cəhdləri isə hələlik ciddi nəticələr vermir. İnternetə nəzarət üçün qəbul olunan qərarların işləmək mexanizmi olmadığından Rusiya qlobal şəbəkədə gedən informasiya müharibəsini də uduzmaqdadır. Keçmiş İttifaq ərazisində dəstəklədiyi separatçılıq isə sözün əsl mənasında Rusiyanı əksər keçmiş Sovet respublikaları üçün əsas təhlükə mənbəyinə çevirmişdir.
Dolayı yolla desək, Rusiya hazırda yaşadığı problemlərə onu idarə edənlərin buraxdığı böyük və kobud siyasi səhvlər nəticəsində düşüb.
P.S. Krımın işğalı, Qafqazın hərbi gücün köməyi ilə nəzarətdə saxlanılması Putinin həyata keçirdiyi siyasətə daxildə dəstək yaratsa da, Rusiya geosiyasi qarşıdurmanı uduzmaqdadır. Beynəlxalq ictimai rəy, dünya iqtisadiyyatını idarə edən oliqarxiya tam olaraq Rusiyanın əleyhinə dönüb. Rokfellerlə Rotşildin arasındakı düşmənçiliyə baxmayaraq onların toqquşmasında hansının qalib gəlməsindən asılı olmayaraq Rusiya dağılacaq, rus xalqı isə köləyə çevriləcək. Bu gün Rusiya əsrlərdir yürütdüyü ədalətsiz siyasətin bədəlini ödəməkdədir. Bütöv xalqları, millətləri, özündən zəif olan dövlətləri xəritədən silmək cəhdləri ilə ətrafında məskunlaşan etnosların ancaq nifrətini qazanmışdır. Bütün böyük müharibələri bu xalqların hesabına qazanan Rusiyaya üçüncü dünya müharibəsində artıq heç kəs dəstək verməyəcək. Rusiyanın sonunu gətirəcək əsas səbəb isə məhz budur. "Dünya hökuməti" bunu gözəl başa düşür və zamanın yetişdiyini anlayaraq Rusiyaya açıq-aşkar müharibə elan edir. Hazırda bu müharibənin lap başlanğıcındayıq...
Qafqaz Ömərov