26.01.2014. - Vəfa Quluzadə: “Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır”
AzerTaym.az xəbər verir ki, “Azadlıq” qəzetinə müsahibəsində Vəfa Quluzadə son günlər qoşunların təmas xəttində yaranan gərginliyi də Rusiyanın təxribatı kimi dəyərləndirib.
“Yanukoviç xalqına müraciət edə bilmir, xalqın tələbini ödəyə bilmir. Ona görə də yəqin ki, gedəcək. Üstəlik, Qərb Ukrayna müxalifətinin arxasında çox möhkəm dayanıb. Bunu bilmək lazımdır. O səbəbə görə də onlar istədiyinə nail olacaq. Yanukoviç getməlidir və gedəcək də”- deyən politoloq narahatlığını da bildirib:
“Bir şeydən narahatam. Rusiya Ukraynada mövqelərini itirdiyinə görə qəzəbi bizim üstümüzə tökə bilər. İndi atəşkəs xəttində vəziyyət həyəcanlıdır, atəşkəs pozulub. Orda, demək olar, müharibə gedir. İndi əgər Rusiya o qərara gəlsə ki, Amerikanın maraqlarına Azərbaycanda təhlükə törətsin, onda burda çox xoşagəlməz hallar ola bilər. Yenidən müharibə qızışa bilər. Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır. Rusiya Qərbin Ukraynadakı fəaliyyətindən narazıdır. Rusiya burdakı vəziyyəti gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin pozulması məhz bununla əlaqədardır