Sabiq merdən İncəyə: “CHP-də SƏNƏ HƏYAT yoxdur”

“Sən milli birisən, sənə məsləhətim yeni partiya yarat. İncə, biz müxəlifətik, ancaq sən milli birisən. Kamal Kılıçdaroğlu kimilərinin təlqinləri ilə siyasət yürütmürsən”. 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Ankaranın sabiq meri Məlih Gökçək bildirib.

Son günlər CHP-də sədr seçilməsi məsələsi gündəmə gələn Məhərrəm İncəyə müraciət edən Məlih Gökçək qeyd edib ki, artıq CHP-də ona həyat yoxdur: “Əgər siyasətdən bir az anlayışım varsa, ilk seçkidə də CHP-ni keçəcəksən".

Qeyd edək ki, son günlər Türkiyə mediasında CHP-də qurultayın keçiriləcəyi və M. İncənin başqanlığa namizəd olacağı barədə xəbərlər yayılır.

 






Fikirlər