BAŞ NAZİR DÖVLƏT KOMİTƏSİNİN kollegiyasının TƏRKİBİNDƏ dəyişiklik etdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib. AzerTaym.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri. Kollegiyanın üzvləri: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri; Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri; Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru; Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru; Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.