Tramp 2020-ci il üçün PROQNOZUNU açıqladı
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə prezident seçkilərində qələbəsinə əmindir. Publika.az xəbər verir ki, bu haqda prezidentin özü “Fox News” telekanalına bildirib. “Hətta heç kəs 2020-ci ildə mənə qalib gəlmək üçün yaxınlaşa bilməyəcək”, - o deyib. Qeyd edək ki, Tramp daha əvvəl 2020-ci ildə prezident seçkilərində ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin mümkün iştirakını şərh edib. Amerika lideri bildirib ki, bunu özü üçün “uğur” hesab edir. Tramp mayın əvvəlində Kerrini nüvə razılaşması üzrə İranla danışıqlar çərçivəsində “qanunsuz kölgə diplomatiyası” ilə məşğul olmaqda ittiham etmişdi. Prezident həmçinin, ABŞ-a “ziyanvurmamaq” üçün diplomatdan danışıqlardan uzaq durmağı tələb etmişdi. AzerTaym.az