ZAKİR HƏSƏNOV Suriyada vurulan təyyarəyə görə Şoyquya başsağlığı verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb. Müdafiə Nazirliyindən AzerTaym.az-a verilən məlumata görə, başsağlığında deyilir: “Suriyada vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.