Tramp 2 ildə ABŞ-a 10 TRİLYON dollar qazandırıb

“Prezident seçilməyimdən bəri 10 trilyon dollar gəlir əldə etmişik. İşsizlik son 50 ilin ən aşağı səviyyəsindədir.Afrikalı, ispaniyalı və asiyalı amerikalıların işsizliyi tarixdə qeydə alınmış ən aşağı səviyyələrdədir. 4 milyondan çox yeni iş yeri açıldı”. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, ölkə tarixində ən böyük vergi endirimləri edilib: “Cənubda böyük sədd inşasına başladıq və sərhəd təhlükəsizliyimizi gücləndirdik. Ordumuzu 700 milyard dollarlıq rekord maliyyə ilə təmin etdik və qarşıdakı ildə bu rəqəm 716 milyarda çatacaq. Qısa zamanda ordumuz daha da güclü olacaq”.






Fikirlər