"KOMMERSANT": Paşinyan ordusu olmayan general vəziyyətinə düşüb
Ermənistanda baş verən hadisələr Rusiya KİV-lərində də diqqətlə izlənilir.
Jurnalın məlumatına görə, oktyabrın 3-də gecə saatlarında Ermənistan baş naziri Nikol Paşinyanın on minlərlə tərəfdarının parlament binası divarlarında mitinqi olmaya bilməzdi, etirazların bərpası yalnız bir an məsələsi olub. 105 deputatdan yalnız bir neçəsini təşkil edən, Paşinyan hökumətinin islahatlarını dəstəkləyən parlamentin buraxılması və bütün idarəetməni əldə cəmləşdirmək vacib olan məsələdir.
"May ayında baş verən məxməri inqilab realda inqilab olmadı. Meydanlardan baş nazir postuna irəliləyən Paşinyan, ordusu olmayan generalın vəziyyətinə düşdü. Sabiq baş nazir Serj Sarkisyanın Respublika partiyası siyasi vəziyyətə təsir etmək gücünü qoruyub saxlayıb və 2 oktyabr tarixində həmin hüququndan faydalanıb. Bu hüququndan faydalanmaqla parlamentin buraxılmasının qarşısını alan təşəbbüslə çıxış edərək qanun layihəsi qəbul edib", - deyə Solovyov yazır.
Erməni xalqının dəstəyini itirən və inzibati resurslardan məhrum olan Respublikaçılar növbədənkənar seçkilər olduğu halda parlamentdə təmsil oluna bilməyəcəklərindən haqlı olaraq narahatdırlar.
Lakin onlar özləri üçün bu acı ssenarinin qarşısını almaq üçün çox yanlış vaxt seçiblər. İrəvan şəhər merinin seçkiləri göstərdi ki, Paşinyanın sosial dəstəyi azalmayıb. Onun təmsil olunduğu “Mənim Addımım” hərəkatı səslərin 81,5% toplamışdı. Nəticədə məşhur komediya ustası Hayk Marutyan İrəvan şəhər meri seçildi. Nəticədə Respublikaçılar, onun müttəfiqləri qalmaqallı qanunun lehinə səs verən "Daşnaksutyun" və "Çiçəklənən Ermənistan" partiyaları geniş nifrət qazandılar.
Nəşrin qeydlərinə görə, hələlik Paşinyan üçün küçə yeganə əlçatan və güvənli resursdur. Paşinyan bu gücdən sonadək, yəni hakimiyyəti tam əlinə alana qədər istifadə edəcəyini gizlətmir. Bu isə yalnız əl altında parlamentə sahib olduğu halda mümkün ola bilər.
Müəllif yazır ki, Paşinyan 5 ay vəzifədə olduğu müddət ərzində islahatlar adlandırıla biləcək heç bir şey etməyib. Parlamentarilər və nazirlərlə bölüşdüyü yüngül hallar onu göstərir ki, Paşinyanın komandası hələ formalaşmayıb.
"O deyir ki, korrupsiyaya qarşı mübarizə aparır. Lakin sabiq və indiki məmurlara qarşı cinayət işləri açılır. Onların bəziləri zamanında yüksək vəzifə sahibi olsalar da bu korrupsiyaya qarşı mübarizə yox, korrupsionerlərə qarşı mübarizədir. Bundan əlavə hələ bu korrupsiya faktlarını sübut etmnək lazımdır. Paşinyan xarici siyasət sahəsində də səhvlərə yol verib. İlk növbədə KTMT-nin baş katibinin həbsi böyük səhv idi. Rusiya buna qarşı çıxmasa da, onu diqqətli olmağa məcbur etdi. İstənilən halda Ermənistanın təhlükəsizliyi və iqtisadiyyatın böyük hissəsi Rusiyadan asılıdır. Paşinyan hər şeyi həll etməyə cəhd etdi. Lakin, minlərlə insandan hakimiyyət qazanan Paşinyan, Putin, Nazarbayev və Lukaşenko kimi məşhur prezidentlər arasında özəl olmağı bacarmadı", - deyə o bildirir.
Solovyov hesab edir ki, Paşinyanın islahatlar ümidi vəd etdiyi küçə, ona böyük üstünlüklər verməklə yol verdiyi səhvlərini bağışlayır və müqabilində heç nə tələb etmir.
"Küçə öz kumiri ilə selfi çəkdirmək imkanları, iqtisadiyyatda sıçrayışlar olacağı, ölkədə hakimiyyətin xalqa məxsus olduğu bəyanatları ilə kifayətlənir. Ancaq inqilabçı baş nazir xatırlamalıdır ki, insanlar onun çağırışları ilə küçələrə çıxmaqdan yorulacaq və Paşinyanın "Facebook" səhifəsini açmaq əvəzinə soyuducunun qapısını açacaqları məqam gələcək. Həmin anda onlar soyuducuda nə görsələr, bu Paşinyanın siyasi gələcəyini həll edəcəkdir", - deyə müəllif qeyd edir.