Ərdoğan və Trampın görüş tarixi DƏQİQLƏŞİB...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix məlum olub. Musavat.com Tqrkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp və Ərdoğan 11 noyabrda Parisdə görüşəcək. Məlumatda qeyd edilir ki, Ərdoğan 11-12 noyabr tarixlərində Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedəcək. 11 noyabrda baş tutacaq görüşdə təməl problem hesab olunan FETÖ və YPG-yə verilən silahlar müzakiyə olunacaq.