Paşinyan Qarabağda bu variantla razılaşacaq - Rus ekspert SSENARİNİ AÇIQLADI

Paşinyan Qarabağda bu variantla razılaşacaq - Rus ekspert SSENARİNİ AÇIQLADI

“Ermənistanda seçkidə qalib gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində geri çəkilə bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı şərhçi Mixail Belyayev deyib.
Onun sözlərinə görə, Paşinyanın xarici siyasətdə daxili dəstəyin yüksək səviyyəsini transformasiya etməsi çətin olacaq, xüsusilə Dağlıq Qarabağ məsələsində Ermənistanın sərt mövqeyini irəli sürməkdə.
“Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevlə iki dəfə görüşən Paşinyan anlayır ki, Qarabağ cəbhəsində hazırkı fasilə əbədi davam edə bilməz və real danışıqlar olmasa, cəbhədə vəziyyət yenidən qızışacaq. Danışıqlardan çəkilmə və mövcud status-kvonun saxlanılması taktikası Koçaryan və Sarkisyan xəttinin davamı ola bilər. Lakin Qarabağda müharibə ilə siyasi karyera quran hər iki siyasətçidən fərqli olaraq, Paşinyan uğuruna görə müharibəyə borclu deyil. “Madrid prinsipləri” əsasında sərhədlərin açılışı və regional iqtisadi əməkdaşlığa əvəz olaraq ilkin mərhələdə Qarabağ ətrafındakı rayonların bir qisminin qaytarılması ilə cəbhədə hərbi risklərin yenilənməsi riskini minimuma qədər azaltmaq olar. Paşinyanın özünü uzaqgörən siyasətçi kimi göstərəcəyi, yaxud küçə populizmi səviyyəsində qalacağı gələn il məlum olacaq”, - deyə Belyayev vurğulayıb.






Fikirlər