MADURONUN AMERİKAYA SATILMIŞ NAZİRLƏRİ,ƏN YAXIN ÇEVRƏSİ VƏ KREMLİN BARMAĞI

Etan Bronner (Ethan Bronner), Əndryu Rozati (Andrew Rosati)

Bloomberg (ABŞ), 06.05.2019

 

Uğursuz devriliş cəhdi müxalif qanunverici Xuan Quaydonun Karakasda üsyan qaldırmağa cəhd etdiyi çərşənbə axşamı başlanıb. O an onun yanında təkcə müxalif düşərgəyə keçən maskalı əsgərlər deyil, həm də Quaydonun özünün müəllimi Leopoldo Lopes – bəzi çevrələrdə pərəstiş fiquru sayılan siyasətçi durmuşdu. Onun ortlalığa çıxması duruma gərginlik gətirib və siqnal verib ki, baş verənlər, sadəcə, niyyətlər sərgisi və pozabazlıq deyil. Müşahidəçilərin çoxuna elə gəlirdi ki, Nikolas Maduronun devrilməsi üzrə müxalifətin planı sürətlə irəliləyir.

Amma elə alınıb ki, Lopesin uzun illər boyu ilk dəfə ictimaiyyətdə görünməsi birbaşa əks effekt doğurub və iki ay hazırlanan əməliyyatı uğursuzluğa düçar edib. Lopesin ortalığa çıxması Maduro rejimi daxilində bəzi yüksəkməqamlı simalar üçün gözlənilməz olub. Onlar hələ qabaqlar müxalifətlə danışıqlar apararaq hakimiyyətin təslim edilməsinə qatılmağa razılaşmışdılar. Lakin bu simalar Lopesi etibarsız və tez coşan adam sayır, odur ki, razılaşmadan imtina qərarına gəliblər. Bundan başqa, tələm-tələsik təşkil edilən bu çıxış haqda onlara heç kim xəbərdarlıq etməyib.

Tramp administrasiyası və Quaydonun komandası nəyin düz getmədiyini anlamaq üçün indiyədək cəhd edirlər. Lopesin ortalığa çıxmasına reaksiya onlar üçün tapmacalardan biri olub. Lopesin özü cümə axşamı reportyorlara bildirib ki, burada heç bir dolaşıqlıq olmamalıdır. O, çərşənbə axşamı ev dustaqlığından azad edilənə qədər “komandirlər, generallar, müxtəlif silahlı güclərin və polisin təmsilçiləri ilə” bir neçə həftə danışıqlar aparıb.

Birləşmiş Ştatlar baş tutmamış sui-qəsdin genişliyinə işarə edərək deyir ki, indiki uğursuzluq nə qədər ağrılı olsa da, Maduronun ömrünə az  qalıb – axı sui-qəsdə çoxlu adam qatılıb, ölkə isə hərc-mərclik durumuna düşüb və iqtisadiyyat viranə gündədir. Administrasiyadan adının çəkilməsini istəməyən  yüksəkməqamlı məmurlardan biri deyib: “Bu, aysberqin yalnız zirvəsi idi”. Onun sözlərinə görə, indiki mərhələdə Maduroya yaxın çoxlu adam oyuna girib, onların onu istefaya göndərmək səyləri isə göstərir ki, Maduro təcriddədir.

Amma iflasa görə hər halda bədəl ödəmək lazım gəlir. Və indi Vaşinqtonda və Karakasda bədəlin necə olacağı haqda sual edirlər. Müxalifətlə bağı olan bir venesuelalı deyib ki, müxaliflər “iflic olublar”. Hər şeyin necə alındığına əsasən, Quaydonun “Azadlıq” adlandırdığı əməliyyat, doğrudan da, tam iflasa uğrayıb. Bunu “Vətəndaş nəzarəti”  (Control Ciudadano) qeyri-hökumət təşkilatının prezidenti Rosio San Migel (Rocío San Miguel) deyib. O, qeyd edib ki, müxalifətin hərbçilərlə münasibətləri pisləşir, amma uğur əldə etmək üçün birinci növbədə ordunun dəstəyi gərəkdir. Rosio San Migel qeyd edir: “Quaydo Lopes və onlarla əsgərlə birgə şəhərdə peyda oldu. Hərbçilərin  atəş gücü dediyi şeyin onlarda tam yoxluğu nə qədər zəif olduqlarına işarə edir”.

Venesuelanın qorxunc SEBİN xüsusi xidməti tərəfindən Lopesin ev dustaqlığından gizlicə azad edilməsi Maduronun yüksəkməqamlı yardımçılarının uzlaşdıqları hakimiyyətin ötürülməsi kimi qəliz bir prosesdə yalnız bir addım olub. Bu haqda Vaşinqton və Karakasdan danışıqların məzmununa bələd və danışıqlar prosesinin incə xarakteriylə bağlı özləri üçün anonimlik tələb edən adamlar danışıblar.

Amma müxalifət və Maduro düşərgəsi arasındakı sözləşmə atrıq bir neçə saatdan sonra pozulub. Lopes İspaniya səfirinin Karakasdakı iqamətgahında gizlənərək oradan yalnız cümə axşamı qısa müddətə çıxıb ki, reportyorlara müsahibə versin. Amerikalı təmsilçilər Maduronun çevrəsindəki casuslarının davranışından hiddətlənərək bu venesuelalıların onları aldatdıqlarını düşünüblər.

Məlumat verilir ki, milli təhlükəsizlik üzrə müşavir Con Bolton müdafiə naziri, Ali Məhkəmənin sədri və prezident mühafizəsinin rəisini özəl seçib. Onlar Maduronu necə satacaqları və Quaydonu necə müvəqqəti prezident kimi necə tanıyacaqları haqda məsələnin müzakirə olunduğu danışıqlarda mərkəzi fiqurlar olublar.

Danışıqların gedişinə bələd adamların sözlərinə görə, Lopes Bolivar milli kəşfiyyat xidmətinin başçısı Kristofer Figeranın (Christopher Figuerа) tamamilə sui-qəsdin tərəfində olduğu səbəbindən azad edilib. Figeranın arvadı bu sözləşmə çərçivəsində bazar günü ABŞ-a uçub ki, güvəndə olsun. Figera çərşənbə axşamı öz qərarı haqda məktub dərc edərkən Maduro onu kəşfiyyatın rəisi vəzifəsindən götürüb. Müxalifətin iki adamının sözlərinə görə, Figera Venesuelanı tərk edib. Düzdür, bu adamlar onun hara yollandığını deməyiblər.

Dövlət katibi Mayk Pompeo uğursuzluğun səbəblərini açıqlamağa çalışmaqla hər şeydə rusları ittiham edərək bildirib ki, son anda onlar müdaxilə ediblər. Guya Maduro bundan qabaq bağlanmış sazişdən gündüz xəbər tutub və Quaydo Lopeslə bazaya gələrkən prezident bunkerdə gizlənib və artıq Kubaya qaçmağa hazırlaşırmış. Pompeo bildirib – amma ruslar ona deyiblər ki, qalsın. Rusiya və Kubanın rəsmi təmsilçiləri, Quaydonun özü də bunu inkar edirlər.

Çoxumuz düşünürdük: vaxt gedir, amma nə qədər qəribə olsa da, Maduronun heç nədən xəbəri olmadı. Yəqin, bu ondan irəli gəlirdi ki, çevrəsində xeyli çox adam istəyirdi ki, saziş həyata keçsin, – bu duruma bələd adam deyib. – Onlar hesab edirlər ki, Maduro nə baş verdiyini 29-da  anlamağa başlayıb və 30-da hərəkətə gəlməli olub, çünki əks halda hər şey alt-üst olardı”.

Bu hadisənin bir iştirakçısı deyib ki, uğursuzluqda Lopesi təqsirli bilir, çünki o, çərşənbə axşamı səhər camaat içinə çıxmağa israr edib. Onun sözlərinə görə, Lopes dirəşib, Quaydo isə güzəştə gedib.

Dedi-qodu dolaşır ki, hər şeyin günahı danışıqlara qatılan və eyni zamanda Maduronu, habelə onun rus və kubalı müttəfiqlərini hər şeydən məlumatlandıran Vladimir Padrino Lopesdədir. Maduro cümə axşamı Karakasda hərbi akademiyada çıxış edərkən müdafiə naziri onunla bir yerdə idi.

Elə həmin qaynağın sözlərinə görə, iki yüksəkməqamlı başqa fərari – Ali Məhkəmənnin sədri Maykel Moreno və prezident mühafizəsinə və hərbi əks-kəşfiyyata baş.çılıq etmiş İvan Rafael Ernandes Dala hakimiyyətin təslim edilməsinə xeyi dərəcədə hazır idilər. Figera və Padrino Birləşmiş Ştatların sanksiyalar tətbiq etdiyi adamların siyahısına daxil edilmiş və hesabları bağlanmışdı.

Amma tamamilə mümkündür ki, xeyli adama qəflətən tərsliyə başlayıb. Duruma bələd qaynağın sözlərinə görə, ilk addımı kimin atmalıı olduğuyla bağlı qarışıqlıq meydana çıxıb. İstisna deyil ki, sui-qəsd iştirakçılarının say çoxluğu üzündən çox vaxt sağ əlin solun nə etdiyindən xəbəri olmurdu. Danışıqlar ölkənin ali rəhbərliyi və müxalifətlə bağlı venesuelalılar öz vasitəçilik xidmətlərini təklif edəndə başlanmışdı. Sazişin şərtlərilə  tanış qaynaqlar danışıblar ki, bu vasitəçilərdən, ən azı, biri sanksiyalara məruz qalmış və onun zəiflədilməsini istəyirdi.

Amerika rəhbərlriyi dəfələrlə bildirib ki, Venesuelanın Quaydonun tərəfinə keçən rəhbərlərindən sanksiyalar götürüləcək. ABŞ və daha 50 ölkə yanvarda Quaydonu müvəqqəti prezident kimi tanıyıb, çünki Maduronun keçən ilki təkrar seçkisi  saxtalaşdırılıb, odur ki, nəticələr həqiqi deyil.

Dövlət Departamentinin Venesuela üzrə özəl təmsilçisi Elliot Abrams çərşənbə günü Venesuela televiziyasında bildirib ki, “ali hərbi komandanlığın çoxu Maduro gedəndən sonra hökumətdəki dəyişikliklər və hərbçilər üçün zəmanət haqda Ali Məhkəmə və Xuan Quaydo ilə danışıqlar aparır”.

Onun sözlərinə görə, danışıqlar nəticəsində başqa şeylərlə yanaşı “Maduronun ləyaqətli gedişi”, Ali Məhkəmənin Quaydonu müvəqqəti prezident kimi tanıması və bir il ərzində seçkilərin keçirilməsini nəzərdə tutan 15 bəndlik sənəd ortalığa çıxıb. Quaydo cümə günü reportyorlara bildirib ki, fərq etməz, bu, son nəticədə baş verəcək, müxalifət rejimi devirməyə və keçid hökuməti qurmağa “heç vaxt olmadığı qədər yaxındır”.

Çoxları güman edirlər ki, yeni seçkilər keçiriləcəyi halda Karakasın varlı bölgəsinin keçmiş meri Leopoldo Lopes aparıcı namizəd olacaq.

Karakas məhkəməsi cümə axşamı Lopesin ev dustaqlığını ləğv edərək və qalan 13 illik müddətdən 8-i Ramo Verde hərbi həbsxanasında keçirməli olduğu haqda qərar verməklə onun həbsi üçün order verib. Lopes antihökumət etirazlarının gedişində odvurma və zorakılığa təhrik daxil olmaqla bir neçə maddə üzrə məhkum edilib. İspaniya XİN öz vebsaytında məlumat verib ki, Lopes “heç bir şəraitdə” Venesuela hökumətinə təhvil verilməyəcək.

Lopesin özü bildirib ki, üç il keçirdiyi həbsxanaya dönmək niyyətində deyil.

Mən Ramo Verdedə iki il tam təcriddə keçirmişəm, – o deyib. – Bu, asan deyildi. Mənə işgəncə verirdilər. Mən həbsxanaya qayıtmaq istəmirəm, çünki həbsxana cəhənnəmdir. Amma mən Madurodan qorxmadığım kimi həbsxanadan da qorxmuram”.

Tərcümə Strateq.az-ındır.






Fikirlər