“Ərdoğan HDP üçün səs istədi” – Akşenerdən SENSASSİON AÇIQLAMA

Картинки по запросу AKŞENERDEN ŞOK

İyi Partiyanın başqanı Meral Akşener MHP lideri Dövlət Bağçalının PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı açıqlamasına münasibət bildirib.

"AzerTaym.az teleqraf.com-a istinadən xəbər verir ki, Akşener MHP-AKP blokunun qarşıdan gələn bələdiyyə seçkilərində səs itirəcəyini bildirib.

Partiya başqanı hesab edir ki, iyunun 23-də İstanbulda keçiriləcək seçkilərdə MHP-nin 4% səsi CHP-nin namizədi Əkrəm İmamoğluna gedəcək:

“7 iyun seçkilərində Ərdoğan hörmətli Bağçalının HDP üçün səs istədiyindən danışdı. Hamımız buna etiraz etdik. İndi də hörmətli Bağçalı Öcalanın vəkilləri ilə görüşməkdə heç bir problemin olmadığını bildirir.

Buna görə də düşünürəm ki, MHP-nin səslərinin 4%-i İmamoğluna gedəcək”.

Qeyd edək ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla görüş qadağasının ləğv edilməsindən sonra açıqlama verən Devlet Bağçalı onun vəkilləri ilə görüşəcəyini bildirib.






Fikirlər