Qarabağ Azərbaycandır! Bu mövqe dəyişməyib və dəyişmir.
Bu fikirləri Media.Az-a eksklüziv açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili səsləndirib.
"Yeni Qüvvələr Hərəkatı" partiyasının lideri bildirib ki, bütün dünya Qarabağı Azərbaycanın hesab edir. O, Qarabağı Ermənistana "daxil edən" Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirib."Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, birinci. İkinci, ümid edirəm ki, Qafqazda yeni müharibə baş verməyəcək ", - deyə Mixeil Saakaşvili qeyd edib.
Mixail Saakaşvili Gürcüstana səfər planları barədə suala cavabında bildirib ki, Gürcüstanda 2001-ci ildə qurucusu olduğu Vahid Milli Hərəkat (VMH) partiyası fəaliyyət göstərir. "Amma siz başa düşməlisiniz ki, indi Gürcüstanda normal demokratiya yoxdur. Odur ki, bu, (Gürcüstana gəliş – red.) o qədər də asan deyil. Mən məmnuniyyətlə heç olmasa indi gedərdim. Lakin mən mümkün qan tökülməsindən, digər ölkələrin birbaşa hərbi müdaxiləsindən qaçmaq istəyirəm. Oliqarxdan qorxmuram (Bidzina İvanişvilini nəzərdə tutulur – Red.). Amma partiyamız fəal işləyir, orada gənclər çoxdur. Biz daim təmasdayıq", - deyə Mixail Saakaşvili bildirib.