21.09.2014- Saakaşvili nə işlərlə məşğuldur?

21.09.2014- Saakaşvili nə işlərlə məşğuldur?İnterpress.az-ın verdiyi xəbərə görə,Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ABŞ-ın Nyu-York şəhərində statusunu dəyişərək işçi vizası almaq istəyir.

“Nyu York Tayms” qəzetinin yazdığına görə, o, bununla bağlı artıq sənədlərini müvafiq orqana verib.
Sabiq dövlət başçısı hazırkı həyatı barədə “Böyük alma” kitabında yazıb. O, Boston şəhəri yaxınlığında yerləşən Tafts Universitetində yenidən mühazirələr oxumaq fikrindədir.

M.Saakaşvili ötən dərs ilinin sonunda həmin ali məktəblə əməkdaşlığı dayandırıb.
Hazırda o, memuarlarını yazır, Vaşinqtonda elmi-tədqiqat institutunun yaradılması üzərində işləyir və senator Con Makkeyn və Dövlət katibinin köməkçisi Viktoriya Nuland kimi köhnə tanışları ilə görüşür.

Mixeil Saakaşvili dayısının mənzilində yaşayır. Həmin mənzil Nyu-Yorkun ən bahalı rayonlarından olan Bruklindəki göydələnlərin birində yerləşir. O, burada hökumətdə yüksək mövqe tutan və tutmuş şəxsləri qonaq çağırır. Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Devid Petreusla görüşüb, bu ayın sonu Fransanın keçmiş prezidenti Nikolya Sarkozi onun qonağı olacaq.

Nyu-york həyatı Mixeil Saakaşvili üçün yünilik deyil. O, 1994-cü ildə də Nyu-Yorkdakı Kolumbiya universitetində hüquq üzrə magistratura pilləsini oxuyub. Eks-prezidentin sözlərinə görə, Amerikada normal həyatı var, kafelərə, restoranlara, barlara , kinoteatr və teatrlara gedir.






Fikirlər