ADR Vurğun Əyyubun namizədliyini müzakirə edəcək

ADR Vurğun Əyyubun namizədliyini müzakirə edəcəkQubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı gələn həftə hərəkatın sədr müavini Vurğun Əyyubun deputatlığa namizədliyini müzakirə edəcək.

Bunu İnterpress.az-a hərəkatın sədr müavini və İdarə Heyətinin üzvü Ellada Məmmədli bildirib.

Ellada Məmmədlinin sözlərinə görə, parlament seçkilərində iştirak etmək niyyətində olan hərəkat üzvləri müraciət edərsə, İdarə Heyətində müraciətlər müzakirə ediləcək: “Hələlik ancaq Vurğun Əyyub Suraxanıdan namizədliyini verəcəyini bəyan edib. Gələn həftə İdarə Heyətinin iclasında bunu müzakirə edəcəyik”.

Özünün parlament seçkilərində iştirakına gəlincə isə, Ellada Məmmədli qəti qərar vermədiyini bildirib: “Hələlik bununla ağlı fikir mübadiləsi gedir”.






Fikirlər