Qubad İbadoğlu ADR-in sədri oldu - (Yenilənib)

Qubad İbadoğlu ADR-in sədri oldu - (Yenilənib)Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının konfransında qurumun sədrliyinə seçki keçirilib.

Virtualaz.org bildirir ki, Hərəkatın sədrliyinə Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Əhliman Abbasın, Ədalət Yusubovun, Vurğun Əyyubun və Qubad İbadoğlunun namizədliyi irəli sürülüb.


Namizədlərin hamısı Qubad İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər.

Q.İbadoğlunun namizədliyi səsverməyə çıxarılaraq təsdiq edilib.

Konfransda Hərəkatın Nizamnaməsi də təsdiqlənib.

* * * 11:50

“Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında Müsavat, Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvləri təmsil olunurlar”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təsis Konfransında ADR Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib.

Ellada Məmmədli konfransda 35 təşəbbüs qrupunun, ümumilikdə 267 nəfər konfrans üzvünün iştirak etdiyini bildirib: “Bu yaxınlarda KXCP Salyan rayon təşkilatı qərar qəbul edərək bütövlükdə Hərəkata daxil olub”. Xəstə olduğu üçün tədbirə qatılmamış Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun məktubu oxunub.

M. Cavadoğlu məktubunda bu gündən ADR-ə qoşulduğunu bəyan edib.

* * * 10:45

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbir Azərbaycan dövlət himninin oxunması və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.

Konfransda Təşkilat Komitəsi adından Ellada Məmmədli təsis konfransına qədər görülmüş işlər barədə, Təşkilat Komitəsi sədrinin müavini Vurğun Əyyub Hərəkatın Nizamnaməsi və 2015-ci il üçün Fəaliyyət Proqramı barədə məlumat verəcək, Hərəkatın sədri, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti və Ali Məclisə üzvlər seçiləcək.






Fikirlər