"İsa Qəmbər də "Nİda"nın üzvüdür, ancaq..."- Ellada Məmmədli

"İsa Qəmbər də "Nİda"nın üzvüdür, ancaq..."- Ellada Məmmədli
Mən fikrimi açıqlamışam - ADR ictimai hərəkat, Müsavat isə siyasi partiyadır. Birini digəri ilə əlaqələndirmək olmaz. Müsavatda bir çoxları, o cümlədən İsa Qəmbər Nida hərəkatının, Milli Düşüncə Mərkəzinin üzvüdür. Buna görə heç kim partiyadan çıxmır. Mən də Müsavatda siyasi fəaliyyətini davam etdirəcəyəm”.

Bunu İnterpress.az-a partiyanın Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli Qubad İbadoğlunun rəhbərlik etdiyi Demokratiya və Rifah Hərəkatının fevralın 21-də keçiriləcək təsis konfransından sonra hərəkat üzvü olan müsavatçılara qarşı təzyiqlərin artırılacağı barədə fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nizamnaməni pozmaları barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur: “Mənə kini və qərəzi olmaq hələ nizamnamə pozmaq deyil”.






Fikirlər