YAP-ın köhnə ofisi hansı partiyaya BAĞIŞLANACAQ?..
Yayılan bəzi məlumatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) köhnə ofisinin iqtidaryönlü partiyalardan birinə veriləcəyi bildilir. Amma YAP-dan bunu təkzib etdilər. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının əvvəlki qərargah binası hazırda istifadə olunmur. Bu barədə YAP-dan modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, YAP-ın Səbail rayonunda yerləşən əvvəlki binası hələ də partiyanın balansında qalır. Halbuki, həmin binanın hələlik heç bir təyinatı yoxdur. Qeyd edək ki, 2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül küçəsi 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Yusif Səfərov küçəsi 10 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi olub.