Cahangir Hacıyevə bağlı daha bir şirkətdə qalmaqal - 4 aydır işçilərin maaşı verilmir

 

6658Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevə məxsus olduğu iddia edilən “Azərinşaat” MMC şirkəti 4 aydır ki, işçilərinin maaşını vermir. Ölkə.Az-a “Azərinşaat” şirkətinin işçilərindən daxil olan məlumata görə, şirkətdə iyun, iyul, avqust aylarının maaşları hələ verilməyib. 10 gün sonra sentyabr ayının bitəcəyini nəzərə alsaq, artıq 4 aydır ki “Azərinşaat” MMC işçilərinin maaşını vermir.
“Azərinşaat” MMC-nin işçilərinın verdiyi məlumata görə, şirkət işçilərin maaşlarını vermədiyi azmış kimi, onları qeyri-qanuni işlədib.
İşə girərkən şirkətlə əmək müqaviləsi bağlamışıq. Müqavilədə gündə 8 saat iş rejimi nəzərə tutulsa da, işçiləri 12 saatdan çox işlədirlər. Səhər saat 07:00-dan, axşam saat 20:00-a qədər işlədirlər. İşçiləri hətta bazar günləri də işlədirlər. Bu qədər işləməsinə baxmayaraq işçilərin maaşı 4 aydır ki verilmir. İş rejiminə işçilər narazılıq edəndə isə rəhbərlikdən bildirirlər ki, “xoşun gəlmir, çıx hara istəyirsən get”. Ötən həftənin cümə günü Lənkəran şəhəri Port-liman ərazisində yerləşən ofisin qarşısında
“Azərinşaat” MMC-nin işçiləri aksiya keçiriblər. Ancaq aksiyamızın da bir nəticəsi olmayıb. İşçilərə bildiriblər ki, bazar ertəsi işçilərin maaşlarının nə zaman veriləcəyini deyəcəklər. Bu isə o deməkdir ki, işçilərin maaşı yaxın zamanda verilməyəcək” – işçilərin saytımıza verdiyi məlumatda belə deyilir.

1azİşçilərin bildirdiyinə görə, “Azərinşaat” MMC-nin külli miqdarda borcu olduğu üçün işçilərin maaşını verə bilmir. Sentyabrın 15-dən artıq işçilər işi dayandırıblar.
Xatırladırıq ki, “Azərinşaat” MMC respublikada birinci dərəcəli yolların tikintisi ilə məşğuldur. “Azərinşaat” MMC-nin Lənkəran-Masallı layihəsində 250 işçisi çalışır və 4 aydır ki bu işçilərin maaşı verilmir. Şirkətin işçilərinə ümumilikdə 2 milyon manata yaxın borcunun olduğu deyilir.
Qeyd edək ki, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Azərinşaat” MMC-nin layihə rəhbəri Qüdrət adlı Türkiyə vətəndaşının isə ölkədən qaçdığı deyilir.

İşçilər bildirib ki, Liman şəhəri yaxınlığında Ələt-Astara yolunu bağlamaq fikrindədirlər. Əraziyə Liman şəhərinin polis rəisi, icra nümayəndəsi gəlib. Onlar işçilər və qarşı tərəflə danışıqlar apararaq onları sentyabrın 22-nə gözləməyə razı sala biliblər.

 






Fikirlər