İKİ İCRA BAŞÇISININ “VURDUĞU” DEPUTAT – Elmar Vəliyevlə toqquşan YAP-çı namizədin seçki dramı

 

1aqNoyabrın 1-də keçiriləcək növbəti parlament seçkisində YAP-ın siyahısı ilə önə çıxarılan bəzi namizədlərin formal xarakterli olmaları diqqəti çəkir. Hətta bu namizədlərin bəzilərinin seçkinin gedişatına uyğun olaraq geri çəkiləcəkləri də ən ciddi dairələrdə müzakirə olunmağa başlayıb.
Maraqlı budur ki, adı siyahıda olan və seçilməsinə “yaşıl işıq” yandırılacaq bəzi namizədlərin isə başqa səbəblərdən ciddi problemlərlə üzləşməsi haqda indidən ciddi informasiyalar yayılır.
Belə namizədlərdən biri də YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə namizədi, deputat, “Azəraqrartikinti” ASC-nin idarə heyətinin sədri Ağalar Vəliyevin olduğu bildirilir. Strateq.az-a verilən məlumata görə, Ağalar Vəliyevə 5 il təmsil etdiyi 11 saylı Qaradağ seçki dairəsindən yenidən şans verilməməsinin çox ciddi səbəbləri var: “Bilirsiniz ki, YAP bu dəfə 11 saylı Qaradağ seçki dairəsindən Ağalar Vəliyevin deyil, Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin rəisi, partiyanın Qaradağ təşkilatının sədri olan Aydın Hüseynovun namizədliyini irəli sürüb. İlk baxışdan burda qəribə məsələ olmadığı görünsə də, əslində, həmin dairə üzrə ciddi qalmaqallar olub. Hansı ki, deputat Ağalar Vəliyev yenidən həmin dairədən seçkiyə qatılmaq istəyi ilə hələ iyul-avqust aylarında seçicilərlə görüşlərə başladı. Həmin görüşlərlə bağlı xəbərlər mətbuatda geniş təbliğ edildi. Ancaq avqustun ikinci ongünlüyündə ona bu dairə üzrə təbliğat xarakterli görüş keçirməsi, hətta seçiciləri ilə təmas qurması belə, 1surəsmən qadağan edildi. Rayonun icra başçısıSüleyman Mikayılov bununla bağlı tabeliyindəki bütün icra qurumlarına sərt tapşırıq verdi. Həmin vaxtı icra başçısı ilə bunun səbəbini dəqiqləşdirmək istədikdə isə aldığı cavab daha ağır olub: “Səni daha burada görmək istəmirəm”. Ağalar Vəliyev bu cavabdan “hamiləri”nə şikayət etsə də, ona susması məsləhət olunub”.

Mənbə deyir ki, sentyabrın əvvəlində isə ona doğulduğu rayondan – Yevlaxdan namizəd olacağının siqnalı verilib:“Daha dəqiqi, deputat Qaradağdan “vurulması”ndan sonra öz rayonuna – 48 saylı Yevlax seçki dairəsindən namizəd olmaq istədiyini müəyyən dairələrin diqqətinə çatdırıb. Ona ilkin olaraq bu dairədən söz də verilib. Lakin Ağalar Vəliyev bu dəfə də Gəncənin icra başçısı Elmar Vəliyevin “otkaz”ı ilə üzləşib.Elmar Vəliyev doğma rayonunda onu deyil, Yevlaxda icra başçısı olduğu dövrdə yüksəlişini təmin etdiyi rayon xəstəxanasının baş həkimi, hazırda da rayonun deputatı olan İlham Məmmədovun namizəd olacağını bəyan edib. YAP da Elmar Vəliyevin bu tələbinin qarşısında geri çəkilərək, məhz Yevlaxın hazırkı deputatının adını siyahıya salmağa məcbur oldu. Bununla da deputat Ağalar Vəliyev qısa müddətdə ikinci dəfə sarsıdıcı zərbə aldı. Aldığı bu sarsıdıcı zərbələr isə onda ciddi xəyal qırıqlığı yaradıb“.

Mənbə bildirir ki, üzləşdiyi xoşagəlmz zərbələrdən sonra aşağılandığını və “arzuolunmaz fiqur” olduğunu düşünən Ağalar Vəliyev, etiraz olaraq hazırda namizəd göstərildiyi dairədən geri çəkilmək niyyətini də gizlətməyib:”Onun bir neçə dəfə “əgər məni istəmirsinizsə, heç seçkiyə getmirəm” dediyi də faktdır. Lakin onu inandırıblar ki, daha belə aşağılanmış durumla üzləşməyəcək. Yəni, indi namizəd olduğu dairələrin heç birindən ona problem yaradıla bilməz. Maraqlıdır ki, bu vədlər də onun küskünlüyünü təmin etməyib. O, həddən artıq ruh düşkünlüyü içindədir”.

1elGəncənin icra başçısı Elmar Vəliyevin Ağalar Vəliyevə qarşı belə kəskin münasibətinə gəldikdə isə, müsahibimiz “Onların hər ikisi əslən Qərbi Azərbaycan kökənlidir. Hər ikisinin ailəsi Yevlaxa ötən əsrin əvvəlində köçüblər. Lakin həmyerli olmalarına baxmayaraq, onların Yevlaxdakı maraqları zaman-zaman ciddi şəkildə toqquşub. Hətta Elmar Vəliyev Gəncəyə başçı təyin olunduğu ərəfədə Ağalar Vəliyev hakimiyyət daxilindəki bəzi qrupların dəstəyi ilə Yevlaxa özünə yaxın olan bir məmurun başçı göndərilməsinə də çalışıb. Lakin Elmar Vəliyev bu dəfə də Ağalar Vəliyevə gücünü göstərərək, öz adamı – Qoca Səmədovun təyinatına nail oldu. O vaxtdan isə bunların arasındakı passiv qarşıdurma aktiv frazaya keçib. Elmar Vəliyev ötən illər ərzində hətta Ağalar Vəliyevin adamlarını da Yevlaxda sıxışdırıb. Bəzilərinin obyektlərini isə sökdürüb”, -deyə, bildirib.

 






Fikirlər