Əli Həsənov ŞANTAJA keçir: Siyasi ALVER...

Əli Həsənov şantaja keçir: - Siyasi alver » Regionxeberleri.com

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov yerli KİV-lərlə məsafə saxlamağa çalışsa da, onun personasına olan maraq azalmayıb. Mətbuat hər gün keçmiş şöbə müdiriylə bağlı məlumatları tirajlayır, onun hərəkət trayektoriyasını diqqətdə saxlayır. Həsənovun özüylə bağlı yaymış olduğu ziddiyyətli məlumatlar onun ətrafındakı halqanın sürətlə daralmasına səbəb olub.

Yenisabah.az xatırladır ki, Əli Həsənov son günlər daha çox səhhətiylə bağlı gündəmə gəlir. O, Türkiyədə müalicə aldığını, sağlıq durumunun kritik olduğunu açıqlasa da, bu, onun personasına olan marağı azaltmadı. Həsənov nə qədər çalışsa da, özünün “xəstə və məzlum qoca” imicini yarada bilmədi. Çünki müalicə olunduğunu iddia etdiyi klinika bu xəbəri təkzib etdi. Məlum oldu ki, Türkiyədə ürək-damar xəstəlikləri üzrə ixtisaslaşmış "Siyami Ersek"  adlı klinikada Həsənov Əli Məhəmməd oğlu adlı pasiyent yoxdur. Yerli KİV-lərin Həsənovun Dubayda fəaliyyət göstərən lüks istirahət mərkəzlərinin birində dincəldiyinə dair xəbərləri dövriyyəyə buraxmasından sonra keçmiş köməkçinin sağlıq durmunu siyasi alver predmetinə çevirdiyinə şübhə yeri qalmadı.

Aldığımız məlumatlara görə, fəaliyyətinin müxtəlif kontesktlərdən təhlil olunması Əli Həsənovu əməlli-başlı narahat edib. Özünün “xəstə adam” imicini yarada bilməyən keçmiş dövlət məmurunun yeni üsula əl atdığı bildirilir. Məlumatlı şəxsin dediyinə görə, haqqında yazılan məqalələrin dayanmasında israrlı olan Həsənov tənqidçi medianı şantaj yolu ilə susdurmağa qərar verib. Artıq Əli Həsənovun Azərbaycandakı trolları vasitəsilə müəyyən jurnalistlərə mesaj ötürüldüyünə dair informasiyalar var.

Mənbənin dediyinə görə, tərəfdarları keçmiş şöbə müdirini tənqid edən adamlara təxminən bu məzmunda mesaj verməkdədirlər: “Ramiz Mehdiyevdən fərqli olaraq, Əli Həsənov cavandır. Üstəlik, heç vaxt siyasi hakimiyyətə meydan oxumayıb. Onun iqtidarla dil tapıb, hakim komandada yenidən mövqe əldə etməsi qeyri-real deyil. Əli Həsənovdan yazan jurnalistlər bu barədə yaxşı düşünməlidirlər”.

Mənbə deyib ki, keçmiş şöbə müdiri təkcə onun fəaliyyətini tənqid edən jurnalistlərə deyil, həm də yaxın zamanlara kimi eyni komandada olduğu adamlara da müəyyən mesajlar verir. Müsahibimizin sözlərinə görə, Əli Həsənovun müxtəlif şəxslər vasitəsilə Türkiyədəki durumu barədə ölkə başçısını məlumatlandırdığına dair bəyanatı sırf buna hesablanıb. Əli Həsənov bununla hakim komanda ilə əlaqələrinin kəsilmədiyinə işarə vurmaq istəyir. Halbuki o, indi hakim komandada ən arzuolunmaz adam sayılır. “İqtidar komandasında 25 il təmsil olunan adamın urvatsız yola salınması da bunun sübutudur”, - deyə mənbə fikrini tamamlayıb.






Fikirlər