Kərəm Həsənov DYP rəisini işdən qovdurdu...

Kərəm Həsənov DYP rəisini işdən qovdurdu...Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bu barədə istiqlal.az-a məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Məlumatda deyilir ki, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla bağlıdır. Bildirilir ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb.
Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.






Fikirlər