Kərəm Həsənovun işçisi qoçuluq edir - YAP üzvünün başına açılan oyunlar

Kərəm Həsənovun işçisi qoçuluq edir - YAP üzvünün başına açılan oyunlarAğcabədi rayonunun Qiyamadınlı kənd sakini Anar Quliyev hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı şikayət məktubunda şəxsi mülkiyyətinin rəsmiləşdirilməsilə əlaqədar ona yaradılan süni əngəllərdən, məruz qaldığı təqib və təzyiqlərdən bəhs edir:

“Ağcabədi rayonu Daşınmaz Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin müdiri Sarvan Quliyevə ərizə ilə müraciət edərək evimin pay torpaq sahəsinə dövlət reyestri, çıxarış almaq istədim. Sarvan Quliyev bunun üçün məndən 600 manat pul istədi. 200 manat pul versəm də, 5 aydır ki, sənədimi ala bilmirəm. O, məni təhqir edərək kobudluqla söylədi ki, dövlətin deyil, rayonun öz qanunlarıyla işləyir. Mən də Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətinin sədri Kərəm Həsənovun qəbuluna getdim.
15 noyabr 2014-cü ildə Kərəm Həsənov məni qəbul etdi və üzləşdiyim problemi ona danışdım. Kərəm müəllim Ağcabədiyə komissiya göndəriləcəyini və müvafiq yoxlama aparılacağını dedi. 18 noyabrda rayona gələn komissiya üzvləri mənə zəng edərək yerli şöbəyə çağırdılar. Ora gedərək komissiya üzvlərilə görüşdüm. Lakin Sarvan Quliyev mənim Kərəm Həsənovun qəbuluna getməyimdən əsəbiləşərək, məni həbslə hədələdi. Onunla barışmayacağım təqdirdə, aqibətimin pis olacağını bildirdi.
Kərəm Həsənovun qəbuluna getdiyim üçün Sarvan Quliyev polis çağıraraq məni həbs etdirdi və 100 manat cərimə yazdırdı. Bu cür haqsızlıq olarmı? Qanuni sənəd almaq üçün insanlara belə problemlər yaratmaq kimə lazımdır? Xahiş edirəm, məsələnin araşdırılmasını və haqqımın bərpa olunmasını təmin edin".






Fikirlər