Həmsədrlər ayın sonunadək regiona sәfәr etmәyi planlaşdırırlar

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu ayın sonunadək regiona sәfәr etmәyi, Azərbaycan və Ermənistan prezidentlәri ilә danışıqlar aparmağı planlaşdırırlar.

Bu barәdә APA-ya Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik məlumat verib. O bildirib ki, harada vә nә zaman görüşәcәklәri iki ölkәnin prezidentindәn asılıdır: "Bu, bizim müzakirәlәrin әsas mövzusu olacaq. Onlar danışıqların intensivlәşmәsinә razılıqlarını bildiriblәr. Biz inanırıq ki, bu, münaqişәnin sona çatması üçün sülh yolu ilә hәll istiqamәtindә vacib addımdır".






Fikirlər