“Üçüncü Qarabağ müharibəsinə sürüklənəcəyik”
“Noyabrın əvvəllərində ermənilər acınacaqlı vəziyyətləri ilə barışmışdılar və Azərbaycandan imdad xahiş etməyə hazır idilər”. “AzerTaym.az" yeni Sabah-a istinadən xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, müqaviləyə imza atandan sonra keçmiş ay yarım müddətində DQ-da ermənilər yenidən qudurublar və daima azərbaycanlılara qarşı terror etməklə, hansı isə kəndi ələ keçirməklə məşğuldular. “Rusiyanın "sülhməramlı qüvvələri" erməni terroristləri müdafiə etməyə üstünlük verir. Azərbaycanı faktiki Laçın rayonuna buraxmır. DQ-da silahlı qüvvələri tərksilah etmir. Laçın dəhlizi ilə gündə Ermənistandan gələn ermənilərin kim olduğuna Azərbaycan nəzarət etmək hüququna malik deyildir. Bir sözlə RF-nın Donbasda apardığı siyasət eynilə Azərbaycana tətbiq edilir. Və sülhməramlıların sayını artırmağa başlayacaqlar. Xocalı aeroportu sülh məramlılar tərəfindən nəzarət edilir. Oraya nə gətiriləcəyini, kimlərin gələcəyini Azərbaycan nəzarət edə bilməz. Azərbaycanın sülhməramlıların onların texnikasının sayına nəzarət etmək mexanizmi yoxdur. Yaranacaq monitorinq qrupu bunların hamısına nəzarət etməlidir. Və 60 nəfərlə bu işi görmək mümkaün deyil. Bu qrup ora gətirilən yüklərin nədən ibarət olduğunu, sərhədi keçən ermənilərin kimlər olduğunu nəzarət etmək imkanına malik olmalıdır. Bir sözlə DQ-da erməni işğalı RF işğalına çevrilməməlidir. Mən əminəm ki, Paşinyan hökuməti bu terror aksiyalarını təşkil etmir. Ümumiyyətlə bu əməliyyatlardan onların heç xəbərləri belə olmur. Onların qarşısını almaq imkanlarına malik deyildir. Bu əməliyyatları təşkil edən rusların nəzarəti altında olan özünü prezident adlandırıb sülhməramlıların generalı ilə qucaqlaşıb öpuşən və ən əsası bu şəkilləri yayan Arutunyandır. Bunların qarşısı alınmasa, biz 3-cü Qarabağ müharibəsinə sürüklənəcəyik”.