Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə komissiya
Dağlıq Qarabağ bölgəsində aparılacaq bərpa işləri ilə bağlı üçtərəfli komissiya yaradılır. "AzerTaym.az" xəbər verir ki, bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı bildirilib. "Xüsusi diqqət, bölgənin iqtisadi, ticarət və nəqliyyat kommunikasiyalarının açılmasılna xidmət edəcək"-deyə Putin açıqlamasında deyib. Üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri daxil olacaq. Onlar bölgəyə dəymiş zərərin hesablanması və bərpa işlərinə nəzarət edəcəklər. Həmçinin, nəqliyyat kommunikasiyalarının açıqlması ilə bağlı detalları müəyyən edəcək. /Yenisabah.az