Navalnıya 30 sutkalıq həbs verildi
Rusiyada məhkəmə siyasətçi Aleksey Navalnı barəsində 30 sutkalıq həbs qərarı verib. Rusiya mediası xəbər verir ki, məhkəmə iclası Ximki şəhər Daxili İşlər Nazirliyinin 2-ci polis bölməsində baş tutub. Xatırladaq ki, A.Navalnı ötən gün Almaniyadan Rusiyaya qayıdarkən Moskvanın Şeremetyevo hava limanından saxlanılıb. /Yenisabah.az