Fəthullah Gülən haqda həbs qərarı verildi
14 dekabr əməliyyatı çərçivəsində bu gün baş tutan məhkəmədə "terror təşkilatı liderliyi" ilə günahlandırılan Fəthullah Gülən haqqında da tutulma qərarı çıxardılıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.
Məlumatda deyilir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin tutularaq Türkiyəyə qaytarılması tələb edilib.
Qeyd edək ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu məhkəmədən öncə "Fəthullah Gülənlə əlaqədar istintaq nəyi tələb edirsə, mütləq məhkəmə onun gərəyini edəcək. Bizim şərh verməyimiz doğru deyil, ancaq məhkəmə prosesində onun tutulması haqda qərar çıxarılsa, yerinə yetiriləcək. Məhkəmənin qərarı icra olunmalıdır” sözlərini demişdi.