Ermənilər türkün iti olmaq istəyirlər
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”. "AzerTaym.az" Report-a istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib. “Onlar (yəni- ruslar) bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, - politoloq vurğulayıb. Xatırladaq ki, yanvarın 20-də N.Paşinyan parlamentin hökumət saatında Şuşanın erməni şəhəri olmadığını söyləyib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.