Erməni havadarlarına verilmiş mühüm MESAJ: “Qış təlimi-2021“

Erməni havadarlarına verilmiş mühüm mesaj: “Qış təlimi-2021“

Qarsda keçirilən "Qış təlimi-2021" Azərbaycan və Türkiyə birgə təlimlərinin hərbi, siyasi və mənəvi əhəmiyyətləri var.

 "AzerTaym.az" bildirir  ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, təlimlərin siyasi aspekti ondan ibarətdir ki, qonşularına qarşı daim ərazi iddiaları irəli sürən Ermənistan məğlub olduğu müharibədən sonra revanşist fikrə düşərsə, Koçaryan tipli insanlar bir daha bilsinlər ki, hər iki ölkə - Türkiyə və Azərbaycan daim bir-birinə dəstək duracaqlar. Türkiyə bu istiqamətdə istənilən risklərə gedəcək.

Ekspert qeyd edib ki, hərbi təlimlərin məhz Sarıqamışda keçirilməsi bu işin mənəvi tərəfidir: “Bilirik ki, Türkiyə orusu 1914-cü ilin qışı, 1915-ci ilin yanvar ayı, bu günlərə təsadüf edən bir tarixdə Çar Rusiyası ilə savaşında Sarıqamışda donvurmadan çoxlu sayda insan itirdi. Eyni hadisələr əfsuslar olsun ki, ikinci dəfə müstəqillik əldə edən Azərbaycan ordusunun da başına gəlib. Belə ki, 1993-cü ilin qışı, 1994-cü ilin yanvar ayında Kəlbəcər istiqamətində də bizim insanların başına bu kimi hadisə gəlib. Təlimlərin mənəvi tərəfi də elə bundan ibarətdir, donsalar da bir addım belə geri çəkilməyən Azərabycan və Türkiyə əsgərlərinin övladları eyni hadisələri yaşamamaq üçün bir araya gəlib təlimlər keçərək eyni səhvləri təkrarlamaq istəmirlər”.

Ə.Verdiyev əlavə edib ki, "Qış təlimi-2021" təlimlərində 218 növ silahdan istifadə olunub. Bu say Sarıqamış savaşında Türkiyənin istifadəsində olan 218 topun sayı ilə eynidir. (Trend)

 

Erməni havadarlarına verilmiş mühüm mesaj: “Qış təlimi-2021“






Fikirlər