İrəvan üçün “BAKI Vaxtı”: Ermənistanın bir daha revanş şansı OLMAYACAQ...!!

“Nə hərb, nə də sülh” dövrü bitir; İrəvan sülh sazişini ləngitməklə yalnız öz xalqının iztirablarını uzadır...

Azərbaycan-Türkiyə növbəti birgə hərbi təlimləri başa çatdı. “Mustafa Kamal Atatürk - 2021" kod adlı ortaq taktiki manevrlər bu dəfə Bakıda 28-30 iyun aralığında baş tutdu. Sözsüz ki, belə təlimlər ilk növbədə iki qardaş ölkənin silahlı qüvvələrinin hərbi və döyüş hazırlığını təkmilləşdirmək məqsədilə yanaşı, qeyri-dost ölkələrə mesaj xarakteri də daşıyır. 

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı tarixi Şuşa Bəyannaməsindən sonra isə Bakı-Ankara hərbi əməkdaşlığı xüsusilə diqqət mərkəzinə gəlib. Bu da təbiidir. İki qardaş məmləkətin aybaay artan ortaq hərbi gücü bölgədəki qaynar başlar üçün “sərinləşdirici” təsirə malikdir. Nəhayət, prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazasının qurulmasını istisna eləməməsi hərbi ritorika ətrafında intriqanı bir az da gücləndirib...

***** 

Ermənistanda Rusiyanın yeni hərbi bazasının yaradılması təklif olunur

Maraqlıdır ki, Ermənistanda (Zəngəzurda) Rusiyanın yeni hərbi bazasının yaradılması məsələsi məhz Azərbaycanda Türkiyə hərbi bazasının mümkünlüyü haqda söhbətlər gündəmi zəbt edəndən sonra xeyli aktuallaşıb. Halbuki Bakı və Ankara dəfələrlə bəyan edib ki, iki qardaş dövlət arasında hərbi ittifaq üçüncü ölkəyə qarşı yönəlməyib və sırf müdafiə məqsədi güdür. Bunu Azərbaycan və Rusiya liderləri tərəfindən vaxtaşırı əməkdaşlıq formatlarının irəli sürülməsi də təsdiqləyir.

*****  

Tanınmış rusiyalı hərbi ekspert, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, “Rusiyanın hadisələrin bu cür inkişafını (Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını - red.), yumşaq desək, alqışlamayacağına baxmayaraq, bu, Bakı və Ankaranın qarşılıqlı münasibətləri ilə bağlı məsələdir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Sputnik”ə bildirib.

Onun qənaətincə, Qarabağla bağlı üçtərəfli bəyanatın genişmiqyaslı icrasına nail olmaq mümkün olarsa, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası başlayar, nəqliyyat dəhlizləri layihələri həyata keçirilər və regionda nəqliyyat kommunikasiyalarının yenidən qurulması reallaşar: “Bütün bunlar isə Azərbaycan ərazilərində türk bazalarının meydana çıxmasını istisna edəcək, çünki praktik olaraq bunun heç bir mənası qalmayacaq”.

Ermənistan və Azərbaycanın Zəngəzurda apardığı danışıqlar – Qaragöldə 4 post yaradılacaq

Bölgədə yeni müharibə perspektivinə, Ermənistanda revanşist ovqata toxunan ekspert qeyd edib ki, son parlament seçkilərinin nəticələrini kimin necə şərh etməsindən asılı olmayaraq, ermənilər sülhə səs verib: “Əgər hadisələr başqa ssenari üzrə inkişaf etsə, Ermənistanda revanş arzusunda olanlar hakimiyyətə gəlsə, onda bölgədən nə desən gözləmək olar”, - deyə Korotçenko vurğulayıb.

Analitikin sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqaz bölgəsində xarici hərbi bazaların əlavə gücləndirilməsini istisna edən ssenarini alqışlayacaq: “Buna isə yalnız üçtərəfli formatda qəbul edilmiş bəyanatların və sonrakı qərarların ciddi və aydın şəkildə həyata keçirilməsi əsas ola bilər. Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qətiyyətli qələbə qazandı. Paşinyan revanş ideyasını dəstəkləmir, onun bir sıra bəyanatlarını isə dialoqa hazır olmaq, qonşularla münasibətlərin normallaşdırılması kimi qələmə vermək olar”.

Korotçenkoya görə, erməni cəmiyyəti öz seçimini edib və bu seçim müharibədən deyil, sülhdən yanadır. “Əgər erməni cəmiyyətinin bu arzusu Paşinyanın yeni hökuməti tərəfindən nəzərə alınsa, bu, bölgədə hadisələrin sülh variantına uyğun inkişafına şans verəcək. Ancaq hər bir halda mən günü bu gün Azərbaycan ərazisində türk bazalarının yaradılması ehtimalını görmürəm. Azərbaycanın özünün hərbi potensialı kifayət qədər yüksəkdir və iqtisadi amillərlə gücləndirilir”, - ekspert vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB - XALQQAZETI.COM

Rusiyalı ekspert Prezident İlham Əliyevin İrəvana vaxtaşırı elədiyi sülh çağırışlarına da toxunub: “Azərbaycan lideri hər zaman Ermənistanla dinc və mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bəyan edib. Bundan başqa, son zamanlar dövlət başçısı bir neçə dəfə İrəvana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağı təklif edib. Ancaq ortaya belə bir sual çıxır: Ermənistan buna hazırdırmı? Cavab vermək çətindir. Çünki Ermənistan, erməni elitası hələ də əvvəlki kimi Dağlıq Qarabağla bağlı iddialar irəli sürürlər. Azərbaycan üçün Qarabağ münaqişəsi bitib. İkinci Qarabağ müharibəsinin nəticələri bu məsələyə nöqtə qoydu. Və yenə ortaya sual çıxır: Erməni siyasi elitası qonşu dövlətə qarşı ərazi iddialarından əl çəkməyə hazırdırmı?”

Ekspert bu xüsusda hazırda Ermənistanda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmayan qüvvələrin mövcudluğuna diqqət yönəlib. “Seçkinin nəticəsinin necə qələmə verilməsindən asılı olmayaraq, erməni xalqı sülhə səs verib. Və Paşinyan da iqtisadi inkişaf məntiqindən çıxış edərək bölgədəki ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə məcbur olacaq”.

Zəngəzurda növbəti danışıqlar bitdi: Azərbaycan tərəfi... - VİDEO

Bəs Paşinyan bunu reallaşdıra biləcəkmi, bunun üçün onun siyasi resursu kifayət edəcəkmi, erməni cəmiyyəti daxilindəki münasibət dəyişəcəkmi?

Korotçenkoya görə, bu suallara cavab vermək çətindir: “Çünki hazırda çox mürəkkəb proseslər gedir, üstəlik, İkinci Qarabağ müharibəsinin başa çatmasından da bir o qədər çox vaxt keçməyib. Ermənistanda çoxları üçün bu, psixoloji travmadır. Ancaq hər bir halda, mənə elə gəlir ki, erməni cəmiyyəti yeni müharibəyə deyil, sülhə səs verəcək. Və bu, Bakının mövqeyinin İrəvanda qəbul ediləcəyinə şans yaradır”.

*****

Digər rusiyalı hərbi ekspert Vladimir Yevseyev isə erməni mediasına açıqlamasında deyib ki, “Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri 44 günlük müharibədən sonra öz güclərini, mövqelərini göstərmək yollarından biridir və Azərbaycan öz gücünü hətta indi heç diz üstə qalxa bilməyən Ermənistana göstərir”.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bütün Türk Respublikaları üçün modeldir

Onun sözlərinə görə, Rusiya Ermənistanda ikinci bir hərbi baza açmaq istəyir və bu an üçün Ermənistanın başqa seçimi yoxdur. “İndiki mərhələdə Azərbaycan müharibəyə köklənməyib. Bakı Ermənistanla sülh müqaviləsi istiqamətində hərəkət edir, hansı müqavilədə ki, Azərbaycan bölgədəki sabitlik üçün zəruri olan bütün məqamları fiksə edəcək. Bura Azərbaycanın ərazi bütövlüyü, mövcud sərhədlərin tanınması, demarkasiya prosesi, dəhlizlərin blokadadan çıxarılması və s. daxildir”, - deyə o əlavə edib.

*****

Proseslərin belə sonluğu əslində ən çox elə Ermənistana sərfdir. Çünki o halda İrəvan darmadağın iqtisadiyyatını ayaq üstə qoya, əhalisinin güzəranını normallaşdıra biləcək. Bu mənada Ermənistan Azərbaycanla böyük sülh sazişini ləngitməklə, vaxtı uzatmaqla yalnızca öz xalqının iztirablarını uzadır, pisliyi özünə edir. Halbuki İrəvana bir daha revanş şansı tanınmayacaq və o, “Moskva vaxtı”na yox, təcili şəkildə “Bakı vaxtı”na köklənməlidir. Enində-sonunda belə də olacaq...  /“Yeni Müsavat”

 
 






Fikirlər